Azərbaycanda məşhur onlayn alış-veriş platforması Temu ilə bağlı araşdırma başlayıb. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi şirkətin qiymət siyasəti ilə rəqabət qanunvericiliyini pozduğu iddiası əsasında iş qaldırıb. Hazırda çox adam alış-verişini temudan edir və narahatlıq var.
Bu araşdırma nə ilə nəticələnə bilər? Temunun Azərbaycandakı fəaliyyətinə təsiri olacaqmı?
KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan iqtisadçı Emin Qəribli deyib ki, Azərbaycanla Çin arasında münasibətlər son dövrdə daha da inkişaf edir və iqtisadi əməkdaşlıq genişlənir:
“Bu baxımdan Çinə məxsus onlayn ticarət platformalarının Azərbaycan bazarında fəaliyyəti də xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, söhbət hansısa platformanın fəaliyyətinin dərhal məhdudlaşdırılmasından deyil, ilk növbədə məsələ ilə bağlı araşdırmanın aparılmasından gedir. Əgər belə bir araşdırmaya başlanılıbsa, deməli, bunun üçün müəyyən əsaslar mövcuddur. Hazırda nəticə barədə qəti fikir söyləmək doğru olmaz. Məncə, proses daha çox həmin platformanın fəaliyyətinin Azərbaycan qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmasına yönələcək. Çünki bu platforma Azərbaycanda kifayət qədər geniş istifadəçi bazasına malikdir və onun bazardakı payı böyükdür”.
İqtisadçı bildirib ki, əgər araşdırma zamanı qanunvericiliyə zidd hər hansı fakt aşkarlanarsa, həmin problemlər aradan qaldırılmalı və platforma qarşısında müvafiq tələblər irəli sürülməlidir:
“Zərurət yaranarsa, qanunvericiliyə uyğun olaraq cərimələr və ya digər inzibati tədbirlər də tətbiq oluna bilər. Ümumilikdə isə hesab etmirəm ki, məsələ platformanın Azərbaycanda fəaliyyətinin tam dayandırılması və ya bloklanması ilə nəticələnəcək. Daha real ssenari fəaliyyətin milli qanunvericiliyin tələblərinə uyğunlaşdırılmasıdır. Ümid edirəm ki, məsələ də məhz bu çərçivədə öz həllini tapacaq”.

Qoymayin camaat gozunu acsin. Temu ucuz verir, Trendyolun bazarini baqlayir . Kasib camaat faydalanir. Qoyun faydalansin da bu qara millet.
Temu yerli deyil düzdü amma yerli olan birbaşa çindən fabrikdən çatdıran yerli online platformamız var .Temudanda daha sərfəli minimum 15 azn alışveriş,kredit kartı ilə 6 aylıq hissəli ödəniş özdə 0% lə. Brendoo.com saytı .Yerli şirkətə dəstək verin xaricə qazandırmaqdansa.
Temu kasıb camaata sərf edir.Münasib quymətə mal alırıq.Hərçənd arada bir keyfiyyətsizi də olur.Onu da geri qaytarmaq olur.Temunun fəaliyyətini ümumilikdə alqışlayıram.Uğurlar arzu edirəm.