Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdibackend

Zelenski azərbaycanəsilli məmuru vəzifəsindən azad etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri, azərbaycanəsilli Timur Tkaçenkonu (Məmmədov) vəzifəsindən azad edib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının müvafiq fərmanında qeyd olunub.

“Timur Firudinoviç Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəisi vəzifəsindən azad edilsin”, – deyə fərmanda bildirilir.

Qeyd edək ki, 1989-cu il avqustun 18-də Kiyevdə anadan olan T.Tkaçenko 2024-cü il dekabrın 31-dən etibarən Kiyev Şəhər Hərbi Administrasiyasına rəhbərlik edirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*