Biləsuvar rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Nərimankənd kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, üç avtomobilin toqquşması nəticəsində sürücülərdən biri – Şərifağa Əmənov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qəzanın başvermə səbəbləri araşdırılır.
