Sərkisyanın müsahibə verdiyi kanal rəhbəri saxlanıldıbackend

Sərkisyanın müsahibə verdiyi kanal rəhbəri saxlanıldı

Politoloq Karen Bekaryan, Ermənistan parlemantinin keçmiş aparat rəhbəti Ara Saqatelyan və politoloq Anjela Əlibəyova Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Əlibəyova bir müddət sonra sərbəst buraxılıb və jurnalistlərə açıqlamasında deyib ki, iş kompüteri və telefonunu götürüblər.

Qeyd edək ki, saxlanılan hər 3 şəxs keçmiş prezident Serj Sərkisyanın adamlarıdır. Karen Bekaryan müxalifyönlü “Armnyus” kanalının sahibidir. Kanalın qeyri-rəsmi sahibi isə Ermənistanın Vatikandakı keçmiş səfiri, Sərkisyanın kürəkəni Mikayıl Minasyandır.

Serj Sərkisyan uzun müddət susqunluqdan sonra məhz bu kanala verdiyi müsahibə ilə gündəmə gəlib. axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*