“Şərq cəbhəsində vəziyyət daha da gərginləşib”backend

"Şərq cəbhəsində vəziyyət daha da gərginləşib"

Son günlər şərq cəbhəsində vəziyyət daha da gərginləşib. 

KONKRET.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sirski özünün teleqram kanalında yazıb.

Sırski qeyd edib ki, Rusiyada keçirilən prezident seçkilərindən sonra rus qoşunlarının hücum əməliyyatları intensivləşib.

“Düşmən Liman, Baxmut istiqamətində mövqelərimizə aktiv şəkildə hücum edir. Rusiya onlarla tank və özüyeriyən silahlardan istifadə edərək Pokrovsk istiqamətində bizim müdafiəmizi yarmağa çalışır”, – deyə Sirski bildirib.

“Əhəmiyyətli itkilərə baxmayaraq, düşmən zirehli texnikanın tətbiqi ilə səylərini artırır və bunun sayəsində mütəmadi olaraq taktiki uğur qazanır”, – o vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*