Sərxoş halda avtomobil idarə edən şəxs ömürlük HƏBS OLUNDUbackend

Sərxoş halda avtomobil idarə edən şəxs ömürlük HƏBS OLUNDU

ABŞ-ın Texas ştatında 50 yaşlı kişi sərxoş halda avtomobil idarə etdiyi üçün ömürlük həbs cəzasına məhkum edilib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, Faran Stenford bu pozuntuya görə səkkiz dəfə cinayət məsuliyyətinə cəlb edilib.

Qeyd olunub ki, Ueterford şəhərinin sakini artıq dörd dəfə dəmir barmaqlıqlar arxasında olub. Stenford 9-cu dəfə saxlanıldıqdan sonra hakimlər sərt hökm çıxarıb.

Məlumata görə, sonuncu dəfə o, 2022-ci ilin avqustunda sərxoş vəziyyətdə qəza törədib. Hadisədən sonra ona kömək edən təcili yardım həkimini döyməyə cəhd edib. Eyni zamanda, dindirilmə zamanı Stenford aludəçiliklə bağlı heç bir probleminin olmadığını bildirib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*