Səudiyyə Ərəbistanında italiyalı təyyarə bələdçisi EDAM EDİLƏ BİLƏRbackend

Səudiyyə Ərəbistanında italiyalı təyyarə bələdçisi EDAM EDİLƏ BİLƏR

Litvanın “Avion Express” aviaşirkətinin stüardessası, italyan İlariya Roza Səudiyyə Ərəbistanında edam cəzasına məhkum edilə bilər.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, təyyarə bələdçisi narkotik saxlamaqda və spirtli içki qəbul etməkdə şübhəli bilinir.

Məlumata görə, İlariya mayın 4-də Səudiyyə Ərəbistanının Ciddə şəhərində tunisli dostlarının villasında nahar edən zaman mülki geyimli polislər tərəfindən saxlanılıb.

Stüardessa 5 gün sonra spirtli içki içməkdə və marixuana gəzdirməkdə ittiham edilərək həbs edilib. O, hazırda Səudiyyə Ərəbistanında həbsxanadadır. İlariya bütün ittihamları rədd edir.

Bildirilib ki, İtaliya Xarici İşlər Nazirliyi stüardessanın sərbəst buraxılması üçün bu ölkənin rəsmiləri ilə danışıqlar aparır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında hakimlər narkotiklə bağlı cinayətlərə görə ölüm cəzası təyin edə bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*