Sevda ana olması haqda: “Gizlətmək qeyri-mümkün idi”backend

Sevda ana olması haqda: "Gizlətmək qeyri-mümkün idi"

“Əlbəttə ki, ailə həyatı çox gözəldir. Maşallah deyim, bu dərəcədə maraqlı, gözəl olacağını təsəvvür edə bilmirdim. Şükür Allaha, hər şey yaxşıdır. Dəyişən bir şey var, mən ailə qurmuşam. Çox sevinirəm ki, hər şey çox gözəl gedir. Bütün xanımlara xoşbəxtlik arzu edirəm”.

KONKRET.az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri pandemiya dövründə sadə nikahla həkim Zakir Bayramova ərə gedən müğənni Sevda Yahyayeva “MTV Azərbaycan”a açıqlamasında deyib. Sənətçi ana olmasından da danışıb:

“İctimai insan olduğum üçün bunu gizlətmək qeyri-mümkün idi. Çünki mənim həyatım dəyişmişdi. Ona görə də bizi sevən insanlarla bunu bölüşdük. Bu, izləyiciyə hər zaman maraqlı olub. Heç vaxt arzulamamışam mənim oğlum, ya da qızım olsun. Əsas arzulamışam ki, gözəl, xeyirli, sağlam övlad olsun. İnanıram ki, hər şey gözəl olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*