Sevdiyi qızın atası şərt qoydu – Oğlan yerinə yetirmək üçün görün nə etdi – VİDEObackend

Sevdiyi qızın atası şərt qoydu - Oğlan yerinə yetirmək üçün görün nə etdi - VİDEO

Türkiyənin qəribə hadisə yaşanıb. Sevdiyi qız üçün tibb universitetinə daxil olmaq istəyən gənc imtahanda əlavə vəsaitlərdən istifadə etdiyi üçün polislər tərəfindən saxlanılıb.

KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Isparta şəhərində yaşanıb.

23 yaşlı M.E.E. süni intellektin köməyi ilə Ali təhsil müəssisələrində keçirilən imtahanda əlavə məlumatlardan istifadə edərək tibb universitetinə daxil olmaq istəyib.

M.E.E imtahan zalına daxil olduqdan sonra ayaqyoluna getdiyini, 10 dəqiqəyə sistemi aktiv etdiyini deyib.

Süni intellekt sistemində bir saat sonra xəta baş verdiyini iddia edən M.E.E bu səbəbdən sualları həll edə bilməyib.
Təşvişə düşərək şübhəli hərəkətləri ilə diqqət çəkdiyi üçün nəzarətə götürülüb.

M.E.E polis şöbəsində dindirlən zaman arzusunun tibb fakültəsinə daxil olmaq olduğunu, amma bacara bilmədiyini deyib.

Daha sonra onun dostları da dindirilib. Qeyd edilib ki, M.E.E sevdiyi qız üçün tib universitetinə daxil olmaq istəyib. Qızın atası oğlana tib universitetinə daxil olmasa qızını ona verməyəcəyini deyib. (Baku.tv)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*