Sevil Əliyeva: “Noyabrın 8-i həm də valideynlərimizin – Zərifə və Heydər Əliyevin toy günüdür. Qardaşım – Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram”backend

Sevil Əliyeva: "Noyabrın 8-i həm də valideynlərimizin - Zərifə və Heydər Əliyevin toy günüdür. Qardaşım - Azərbaycan Prezidenti İlham Əliyevə minnətdaram"

Şuşanın azad edilməsi azərbaycanlılar üçün ümumi bayramdır.

KONKRET.az xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin qızı və Prezident İlham Əliyevin bacısı Sevil xanım Əliyeva sevincini bölüşüb.

Daha əvvəldən xəbər verdiyimiz kimi, səhər tezdən Ali Baş Komandan Fəxri Xiyabanı ziyarət edərək Heydər Əliyev və Zərifə xanım Əliyevanın məzarları üzərinə gül dəstələri qoydu. Xatırladaq ki, İlham Əliyev xalqa müraciətində Şuşanı azad etmək üçün atasının vəsiyyətini yerinə yetirdiyinə görə bir oğul kimi fəxr etdiyini söylədi!

Sevil Əliyeva Prezident İlham Əliyevin 8 noyabrda Şuşanın azad edilməsi münasibətilə Azərbaycan xalqına müraciətini heyranlıqla dinlədiyini bildirib: “Mən də inanılmaz Sevinc yaşayıram, çünki bu gün Ailəmiz üçün xüsusidir – bu, Valideynlərimizin – Zərifə və Heydər Əliyevin toy günüdür. Qardaşım – Azərbaycan Prezidenti İlham Əliyevə bu müqəddəs tarixi bizim üçün belə böyük bir hadisə – Şuşanın azad edilməsi ilə qeyd etdiyinə görə hədsiz dərəcədə minnətdaram. Hamımızı təbrik edirəm !!!!!!!!!!! “.

Mənbə: virtualaz.org

  • VİDADİ
    Dekabr 6, 2020 - 08:49

    QARABAĞ Torpağlarmızın alınması münasibəti ilə Azərbaycan Xalqına və Ulu Öndərə Sadiq olan Ali Baş komandana, Müzənffər Orbumuza,Qazilərmizlə Fəxr edirik. ŞƏHİDLƏRMİZİN RUHU QARŞISINDA BAŞ ƏYİRİK! ALLAHDAN RƏHMƏT DİLƏYİRƏM!

  • VİDADİ
    Dekabr 6, 2020 - 10:42

    MƏN DƏFƏLƏRLƏ PREZİDENT ADMİNİSTRASİYASINA MƏTUBLAR YAZMIŞAM. MƏN BAKİ ŞƏH NİZAMİ RAYONUNDA YAŞAYIRAM XİRDA BİR İŞLƏ ƏMƏK HAQQISI OLAN 250,00AZN TEXNİKİ İŞLƏ TƏMİN EDƏN YOXDUR. ALİ TƏHSİLLİYƏM. ƏRZƏMƏ BAXAN YOXDUR . LAKİN İŞLƏ TƏMİN EDƏN YOXDUR . NİZAMİ İCRA HAKİMİYYƏTİDƏ MƏKTUBU ÖTÜR ÖTÜR EDİR. İŞLƏ TƏMİN OLUNA BİLMİRƏM YAŞAYIŞ SƏVİYƏM ÇƏTİNLƏŞİR. ƏRZƏMİZİ ,ŞİKAYƏTMİZİ KİMƏ? HARA? BUDA BİZİ HÖKMƏTDƏN NƏRAZI SALIR . XAHİŞ EDİRƏM KÖMƏK EDİN.

VİDADİ üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*