Yanğınla əlaqədar Siciliya adasındakı Trapani şəhərində aeroport bağlanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti vilayətin rəhbəri Renato Skifaniyə istinadən məlumat yayıb.
Hadisə barədə əlavə məlumat verilməyib. Yerli KİV-lər uçuş-eniş zolağında güclü tüstü müşahidə olunduğunu, yanğının nəzarət altına alındığını yazıb.
