Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti martın 22-25-də Cenevrəyə yola düşəcək.
KONKRET.az xəbər verir ki, nümayəndə heyətinin tərkibinə vitse-spiker Akop Arşakyan, hakim “Mülki müqavilə” partiyasının üzvləri – Hasmik Akopyan, Arsen Torosyan, Tsovinar Vardanyan, həmçinin müxalifətin “Hayastan” fraksiyasının nümayəndəsi kimi Levon Köçəryan daxil olub.
Onlar Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında iştirak edəcəklər.
Rəsmiyyə Şərifova,
KONKRET.az
