Şirvanda yanmış kişi meyiti tapıldı – YENİLƏNİBbackend

Şirvanda yanmış kişi meyiti tapıldı - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Şirvan şəhərində yanmış meyit aşkarlanıb.

İlkin məlumata görə, həmin şəxsi yüksək gərginlikli elektrik cərəyanı vurması nəticəsində yandığı bildirilir.

Meyit müayinə olunması və şəxsiyətinin dəqiqləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və patoloji anatomiya birliyinin Şirvan şəhər şöbəsinə aparılıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

***

21.07.2021

23:34


Şirvanda kişi meyiti tapılıb.

KONKRET.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospektində yanmış kişi meyiti tapılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanları gəlib və əraziyə baxış keçirilib.

Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətinin araşdırılması istiqamətində tədbirlər həyata keçirilir.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*