“Fransa prezidenti Emmanuel Makron Kiyevə silah tədarükünü dayandırmalı və Yaxın Şərq münaqişəsi tərəflərinə də atəşkəs təklifi irəli sürməlidir”.
KONKRET.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidentinin Ukraynada atəşkəs təşəbbüsünü şərh edərkən belə deyib.
“Mənim Makrona iki cavab təklifim var: Birincisi, mülki əhalinin öldürülməsi üçün istifadə olunan silahların tədarükünü və terrora sponsorluq etməyi dayandırın. Makrona ikinci təklif: Yaxın Şərq münaqişəsinin tərəflərinə də oxşar təklif irəli sürün. Çox güman ki, orada Fransanın sözü keçərli olacaq”, – Zaxarova bildirib.
Xatırladaq ki, bundan əvvəl Makron Ukrayna mətbuatına müsahibəsində bildirmişdi ki, Parisdə keçiriləcək Olimpiya Oyunları müddətində Rusiyadan atəşkəs rejiminin yaradılması istəniləcək.
Burhan,
KONKRET.az
