Slutski: “ABŞ Ermənistanda Rusiya əleyhinə iş aparır”backend

Slutski: "ABŞ Ermənistanda Rusiya əleyhinə iş aparır"

“ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin ABŞ Senatında Ermənistana təhlükəsizlik və Birləşmiş Ştatlarla əməkdaşlıq sahəsində dəstək verməsi ilə bağlı bəyanatları Zaqafqaziyada anti-Rusiya tramplininin yaradılmasına yönəlib”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumansının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib.

Mətbuatda xəbər verildiyi kimi, Yuri Kim bildirib ki, ABŞ Ermənistana inkişaf, müdafiə və təhlükəsizlik dəstəyini mümkün qədər genişləndirməlidir.

“Yuri Kim ABŞ Senatının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib ki, söhbət Ermənistanın Rusiya ilə deyil, ABŞ-la tərəfdaşlığından getməlidir. İndi Vaşinqton İrəvana kömək etməyə hazırdır. Aydındır ki, Birləşmiş Ştatlar Zaqafqaziyada yeni anti-Rusiya körpüsü yaratmaq arzusundadır”, – deyə Slutski qeyd edib.

O qeyd edib ki, Kiyevə də analoji yardım təklif olunub. İndi Ukrayna öz suverenliyini itirərək ABŞ-ın marionetinə çevrilib.

“Xaricdən sponsorluq dünyanın heç bir ölkəsinə fayda vermədi, yalnız bəla, kədər, qan və dağıntı gətirdi. Tərəfdaşlıq və inkişaf yardımı Amerika üsulu ilə məhz buna gətirib çıxarır”, – deyə parlamentari fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*