ŞOK PLAN ÜZƏ ÇIXDI: Ukrayna PKK ilə birgə Rusiyaya hücum planlaşdırıb – DETALLARbackend

ŞOK PLAN ÜZƏ ÇIXDI: Ukrayna PKK ilə birgə Rusiyaya hücum planlaşdırıb - DETALLAR

“Ukrayna terror təşkilatı kimi tanınan PKK və YPG ilə birlikdə Suriyadakı Rusiya qüvvələrinə hücum etməyi planlaşdırıb. Plan o zaman terror təşkilatı tərəfindən bəyənilib”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Pentaqonun sızdırılmış sənədlərinə əsasən “Washington Post” qəzeti məlumat yayıb. Qəzetin sızdırılmış sənədlərə əsaslanan xəbərində hücum planlarının təfərrüatları və Ukrayna prezidenti Volodimir Zelenskinin əməliyyatı dayandırmayacağı təqdirdə prosesin necə davam edəcəyi haqda fikirlər yer alıb.

Sənədlərdə Ukrayna hərbi kəşfiyyatçılarının Rusiyaya qarşı mümkün hücumda hökumətlə hər hansı əlaqənin olmaması üçün Suriyanın şimalındakı PKK/YPG yaraqlılarına təlim keçərək hücumları bu qruplar vasitəsilə həyata keçirməyi planlaşdırdığı iddia edilib.

Planlara pilotsuz uçuş aparatlarının (PUA) Rusiyanın Vaqner qüvvələrinə hücumu da daxil olub. Məxfi sənədlərdə PKK/YPG-nin təlim, maddi-texniki təminat, müdafiə sistemləri və əməliyyatlardakı rolunun gizli saxlanacağına zəmanət veriləcəyi təqdirdə bu təklifin qəbul  olunacağı bildirilib.

Məlumata görə, Zelenski ötən il dekabrın sonunda əməliyyat planlarını dayandırıb. Buna səbəb kimi “kürdlər arası sərhəd nəzarəti və əməliyyat mərkəzinin yaradılması məsələsi”, həmçinin Ukraynanın pilotsuz təyyarələrin məhdud tədarükü kimi logistik çətinliklərin aşkarlanması göstərilib. Eyni zamanda hücumların uğurlu olub-olmayacağına şübhənin yaranması və ABŞ-ın təzyiqi də planın dayandırılmasının səbəbi kimi göstərilib.

Hesabatda deyilir ki, Rusiya Suriya hava məkanına “daha ​​aqressiv” nəzarət edərsə və ya hava hücumundan müdafiə silahlarının yerini dəyişərsə, bu cür hücumlar ABŞ koalisiyasının Suriyanın şərqindəki əməliyyatlarını gücləndirəcək.

Qəzetin şərhində bildirilib ki, Ukrayna Suriyada yeni cəbhə açmaq planı ilə bölgədə fəaliyyət göstərən Rusiya və “Vaqner” qüvvələrinin xərclərini və itkilərini artırmağı, beləliklə də Kreml resurslarını bu ölkədən köçürməyi hədəfləyir.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*