Son 5 ildə uşaqlara ən çox verilən adlar – Yusif, Zəhra…backend

Son 5 ildə uşaqlara ən çox verilən adlar - Yusif, Zəhra...

Son 5 ildə Azərbaycanda uşaqlara ən çox verilən adların statistikası açıqlanıb.

Konkret.az bildirir ki, Ədliyyə Nazirliyindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, son 5 ildə ən çox müraciət edilən ad Yusifdir.

Rəsmi məlumata görə, 5 il ərzində 13 921 uşaq Yusif adlandırılıb.

İkinci yerdə 13 397 sayla Zəhra adı qərarlaşıb. Üçüncü yerdə qərarlaşan Əli adı isə 10 403 uşağa verilib. Yeni doğulanlardan 10 008 nəfəri Hüseyn adı ilə qeydiyyatdan keçirilib.

Statistikaya əsasən, sonrakı 4 yeri qız adları bölüşüb. Belə ki, 9507 nəfər qızına Nuray (5-ci yer), 8027 nəfər Fatimə (6-cı yer), 7909 nəfər Zeynəb (7-ci yer), 7633 nəfər Aylin (8-ci yer) adını verib. 9-cu yerdə 7527 adla Ömər, 7327 adla Məryəm qərarlaşıb.

2019-cu ilin 8 ayında dini adlar yenə də üstünlük təşkil edib:

Belə ki, 8 ayda Yusif 1527 nəfərə, Zəhra 1587 nəfərə, Əli 1419 nəfərə, Zeynəb 1029 nəfərə, Aylin və Nuray adlarının hərəsi ayrılıqda 1021 nəfərə verilib.

Bir cavab yazın