Kəlbəcərdə iki əsgərimiz həyatını itirib.
KONKRET.az xəbər verir ki, türk teleqram kanallarında yayılan məlumata görə, Azərbaycan Ordusunun iki əsgəri yol qəzasında həlak olub.
Hadisənin təfərrüatları hələ tam açıqlanmayıb. Dəqiqləşdirmə aparılır.
Verilən digər xəbərlərdə deyilir ki, şəhid olan əsgərlərimizdən birinin nəşi Yevlaxa, digərinin isə Mingəçevirə aparılır.
Hadisə nəticəsində hərbi qulluqçular – leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş Cəfərov Anar Müstəqim oğlu həlak olub.

Qeyd edək ki, Anar Cəfərov Yevlax rayon Gülöyşə kəndində anadan olub.
Xəbər Azərbaycan Müdafiə Nazirliyi tərəfindən təsdiq olunub.
Allah rəhmət etsin!

Allah rəhmət eləsin.
Natiq Səlim,
KONKRET.az