SON DƏQİQƏ: Müharibə başlayır – ABŞ hərəkətə keçdibackend

SON DƏQİQƏ: Müharibə başlayır - ABŞ hərəkətə keçdi

ABŞ ordusu Qayanaya hərbi yardım etmək üçün hərəkətə keçib.

KONKRET.az xəbər verir ki, Qayana hakimiyyəti Venesuela ilə sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirməyi və neftlə zəngin, mübahisəli Essequibo bölgəsini qorumaq üçün ABŞ ordusundan istifadə etməyi planlaşdırır. Qayana prezidenti İrfaan Əliyə bildirib ki, “Qayana təhlükəsizliyini gücləndirmək və neftlə zəngin Essequibo bölgəsini müdafiə etmək üçün ABŞ hərbi qüvvələrini köməyə çağırıb.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası mübahisəli ərazi məsələsi ilə bağlı cümə günü qapalı iclas keçirməyi planlaşdırır. Agentlik mənbələri bildiriblər ki, hazırda problemin dərhal həlli gözlənilmir.

Bundan əvvəl Venesuela ordusunun mübahisəli Essekibo bölgəsinin idarə olunmasına cəlb olunacağı bildirilirdi. ABŞ Dövlət Departamenti isə Venesuela və Qayana arasındakı mübahisənin sülh yolu ilə həllinə çağırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*