SON DƏQİQƏ: “Nikol, get” qışqıran etirazçılar İrəvanın  Maştots prospektini bağladıbackend

SON DƏQİQƏ: "Nikol, get" qışqıran etirazçılar İrəvanın  Maştots prospektini bağladı

Ermənistanın paytaxtı İrəvanda etirazçılar Opera və Balet Teatrının binası yaxınlığında cəmləşiblər. Hərəkət tamamilə iflic vəziyyətdədir. Etirazçılar “Nikol, get”, “Nikol xaindir” şüarları səsləndirirlər.

KONKRET.az Verelq.am-a istinadən xəbər verir ki, gecə saatları olmasına baxmayaraq  etirazçıların sayı getdikcə çoxalır. Vətəndaşları yolun hərəkət hissəsindən geri çəkməyə çalışan polis vəziyyətə nəzarət edə bilmir. Paytaxtın digər küçələrində də etirazçıların “istefa” çağırışları eşidilir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*