SON DƏQİQƏ: Paşinyan Azərbaycanın xeyrinə yeni güzəştlərə hazırlaşırbackend

SON DƏQİQƏ: Paşinyan Azərbaycanın xeyrinə yeni güzəştlərə hazırlaşır

“Moskva səfərindən sonra hakimiyyətyönlü deputatlar səbirsizliklə Paşinyanla görüşü gözləyir. Səbəb onun Rusiya prezidenti Vladimir Putinlə nəyi müzakirə etdiyini öyrənməkdir”

KONKRET.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“Paşinyan dünən Qələbə parkını ziyarət etsə də, görüşün uğurlu və ya uğursuz olmasına eyham belə etməyib. Əvəzində komanda Putinin mətbuat katibi Peskovun açıqlamaları əsasında təxminlər aparmağa başlayıb.

O, bəyan edib ki, Putin və Paşinyan qırmızı xətləri aydınlaşdırıb. Komanda hesab edir ki, görüş zamanı Ermənistanın keçməməli olduğu qırmızı xətlərə aydınlıq gətirilib. Söhbət Rusiyanın Ermənistandakı hərbi bazasından, Rusiyanın Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində mövcudluğundan gedir.

Paşinyan Putinə təminat verib ki, Rusiya hərbi varlığının Ermənistandan tamamilə çıxarılması məsələsi qaldırılmayacaq, lakin ruslar bəzi məsələlərdə geri çəkilməlidir. “Alınan razılaşmaya əsasən, 44 günlük müharibə zamanı və ondan sonra Tavuş, Sünik, Vayots Dzor, Geqarkunik, Ararat vilayətlərində yerləşən Rusiya sərhədçiləri və hərbi məntəqələri öz yerləşdirmələrini dayandıraraq həmin məntəqələri tərk edəcəklər.

Rusiya sərhədçilərinin “Zvartnots” hava limanında fəaliyyətinin dayandırılması qərarı da ən yüksək səviyyədə bəyənilib. Yəni Azərbaycana məxsus ərazilərdən rus sərhədçiləri uzaqlaşdırılır və bura Ermənistan ordusu yerləşdirilmir ki, bu da Paşinyanın Azərbaycanın xeyrinə yeni güzəştlərə hazırlaşmasından xəbər verir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*