Rusiya “F-16″ların yerləşdiyi aerodroma zərbə endirib.
KONKRET.az xəbər verir ki, Rusiya Aerokosmik Qüvvələri Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin Əsas Elektron Kəşfiyyat Mərkəzinə və F-16 qırıcılarının yerləşdiyi Xmelnitski vilayətindəki Starokostyantinov aerodromuna zərbə endirib.
Bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) məlumat verib.
Rusiya qüvvələri bu əməliyyatı Ukrayna kəşfiyyatının Rusiya “MiQ-31” qırıcı təyyarəsini ələ keçirmək planları ilə bağlı təxribatına cavab olaraq həyata keçirib.
Bu hədəflərə zərbələr hipersəs raketlərindən istifadə etməklə həyata keçirilib.
Müşviq Tofiqoğlu
KONKRET.az
