“Sosial şəbəkə istifadəçiləri qanunu pozmamalı, ona əməl etməyə borcludurlar” – Anar Bağırovbackend

“Sosial şəbəkə istifadəçiləri qanunu pozmamalı, ona əməl etməyə borcludurlar” – Anar Bağırov

“Demokratiya, ifadə azadlığı  barədə çox işlənilən  bir aforizm var: “Mən sənin fikrinlə razı deyiləm, ancaq bu fikri ifadə eləmək azadlığın uğrunda canımı verərəm”. Başqa bir variantda da işlənir: “Sizin bir sözünüzü də bölüşmürəm, ancaq bu sözləri demək hüququnuz uğrunda ölməyə hazıram”.  Adətən bu fikrin müəllifi kimi Volterin adı çəkilir, əslində isə dahi fransız mütəfəkkiri heç vaxt bu sözü deməyib. Volterin “Dözümlülük haqda oçerklər” əsərində “Fikirləşin və başqalarına da fikirləşməyə imkan verin” cümləsi var. Hər kəsin öz fikri var, buna fikir plüralizmi deyilir. Plüralizm, ideya, fikir çoxluğu vətəndaş cəmiyyəti və hüquqi dövlətçiliyin əsas əlamətidir. Sosial şəbəkə istifadəçiləri isə bəzən bunu unudurlar, özlərini ən sərt senzura tərəfdarları kimi göstərirlər”.

KONKRET.az-ın xəbərinə görə, bunu Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

“Sənin fikrindən fərqli olan başqasının fikrini qəbul etməmək, buna görə onu təhqir etmək, linç etdirmək doğrudurmu? Təhqir, söyüş, qeyri-etik ifadələr  bütün hallarda və formalarda yolverilməzdir və dünyanın hər yerində ən sərt hüquqi məsuliyyətə səbəb olur. Sosial şəbəkə istifadəçiləri qanunu pozmamalı, ona əməl etməyə borcludurlar” – A.Bağırov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*