Sosial yardımdan kənarda qalan ailələrin NƏZƏRİNƏ: Qaydalarla bağlı…backend

Sosial yardımdan kənarda qalan ailələrin NƏZƏRİNƏ: Qaydalarla bağlı...

Azərbaycanda bir qrup vətəndaş var ki, rəsmi iş yeri, eyni zamanda kirayə müqaviləsi yoxdur. Onların bir çoxu pensiya və ya əlillik müavinətləri hesabına dolanırlar. Bu ailələrin bir qismi qeydiyyat problemləri ilə üzləşdiyindən, mövcud qaydalara əsasən ünvanlı sosial yardım almaq şərtlərini yerinə yetirə bilmir. Halbuki sosial dəstəyə ən çox ehtiyacı olan təbəqələrdən biri məhz bu kateqoriyaya aid insanlardır. Belə ailələrdən biri də Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində yaşayan Arzu Camalova məsələ ilə bağlı redaksiyamıza müraciət edib və yardım istəyib.

Bu cür ailələr üçün sosial yardım mexanizmlərində müəyyən yumşalmaların tətbiqi nəzərdə tutulubmu?
Sosial müdafiəyə daha çox ehtiyacı olan, lakin mövcud kriteriyalara uyğun gəlməyən vətəndaşlar üçün ayrıca bir sosial dəstək konsepsiyasının hazırlanması planlaşdırılırmı?

Rəşad Mehdili: Bu məlumatlar həqiqəti əks etdirmir » BAYRAQDAR MEDİA

Rəşad Mehdili

Məsələ ilə bağlı KONKRET.az-ın sorğusunu cavablayan DSMF-nin İctimaiyyətlə Əlaqələr Departamentinin müdiri Rəşad Mehdili deyib:

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələrlə bağlı ünvanlı dövlət sosial yardımı proqramı icra edilir. Ünvanlı sosial yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 2 dəfəyə yaxın artaraq 2026-cı ilin 1 yanvar tarixinə 76,1 min ailə (336 min nəfər ailə üzvü) təşkil edib. Ünvanlı dövlət sosial yardımın təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiqlənən ehtiyac meyarı 2018-ci ilə nisbətən 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb. Bu yardımın hər ailəyə düşən orta aylıq məbləği isə 2018-ci ilə nisbətən 2,4 dəfə artaraq 175 manatdan 422 manata çatıb”, — R. Mehdili qeyd edib.

“Prezident müvafiq sərəncamına əsasən 2026-cı ilin dekabr ayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ünvanlı sosial yardım alan ailələrə – 76 103 ailənin hər birinə (337 932 nəfər ailə üzvü) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən 200 manat birdəfəlik maddi yardım da verilib.

Qeyd edək ki, ünvanlı dövlət sosial yardımına müraciət qeydiyyat ünvanından deyil, faktiki yaşayış ünvanı üzrə ailə tərkibi haqqında arayış əsasında edilir. Yəni müraciət zamanı ailə üzvlərinin faktiki yaşadığı ünvanla qeydiyyat ünvanının eyni olmaması hər hansı çətinlik yaratmır. Həmçinin ünvanlı dövlət sosial yardım işsizliyə görə deyil, aztəminatlılığa görə təyin olunur.

Əmək qabiliyyətsiz şəxslərdən və orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə (I dərəcə), 8 yaşına çatmamış uşağa və ya 18 yaşadək əlilliyi müəyyən edilmiş uşağa qulluq edən, həmçinin 23 yaşadək əyani təhsil alan ailə üzvünün məşğulluğu tələb olunmur.

Əmək qabiliyyətsiz şəxslərə – orqanizmin funksiyalarının 81–100 faiz və 61-80 fazi pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər (I dərəcə, II dərəcə), yaşa görə sosial müavinət və yaşa görə əmək pensiyası alan şəxslər aiddir.
Camalova Arzu Cəmaləddin qızına hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən hər hansı sosial ödəniş verilmir.
Arzu Camalovanın ailəsinə 01.11.2022-ci il tarixindən 1 il müddətinə ünvanlı dövlət sosial yardım təyin edilərək ödənilib. Bundan sonra ailənin sosial yardımla bağlı elektron sistemə müraciəti olmayıb”, — deyə qurum rəsmisi sonda vurğulayıb.

Dəniz Pənahova
KONKRET.az

  • Qurban
    Mart 14, 2026 - 18:12

    Salam Mən 2 dəfədir ki ùdsy müraciyyət etdim mənədə imtina verildi. Səbəb də 2019 cu ildə 3 sot torpaq aldım üstündə ev tikdim torpağın sənədi etibarnamə əsasında idi. 7 il idir qoum evində qalırdım və üdsy alırdım ama 2025ci ilin uyul ayında torpağın alqı-satqısın etdim və öz evimə köçdüm 2026 cı ilin yanvar ayı üdsyə yenidən müraciyyət etdim və 3 sot torpağın alqı satqısına görə mənə imtna verdilər. Özüm hərbi xidmət dövründə xəstələnmişəm 2ci qrup əliləm. Ağ ciyərlərim xəstədi heç bir iş qüvvəm yoxdu. 250 manat müavinat alıram ailədə 5 nəfərik üç az yaşlı övladım var 250 manatla dolana bilmirik. Xaiş edirəm bizə köməklik edin.
    Səfərov Qurban ilham oğlu cəlilabad rayonu Röyal Nəsirov küçəsində qalıram
    Fin 5RY5Z9G
    TEL 0504489725

  • Nermin
    Mart 15, 2026 - 05:11

    Men Ehedzade Nermin Natiq qizi korpe usagim var 4 yasinda ve isleyü bilmirem adima hecne yoxdu evsiz qalmisam hec bir yerden desteyim yoxdu eziyyet cekirem dovlete nece muraciet edim mene komek etsin defelerle yaxinlasmisam amma ugursuz olub komek edin xaos edirem dovletim meni gorun yardima ehtiyyacim var yalvarıram elaqe nomresi yaziram xahis edirem menide gorun 0773475463

  • Naibe
    Mart 15, 2026 - 08:57

    Mende alirdim sosial yardim indi vaxti bitib deye təkrar muraciet ede bilmirem is yerim resmi deyil deye isden de cixa bilmirem eve yaxindi usagalrima tez tez bas çəkirəm deye qalmisam caresiz

Qurban üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*