Saleh Məmmədovun ailə üzvləri işdən azad edildibackend

Saleh Məmmədovun ailə üzvləri işdən azad edildi

Azərbaycan Avtomobill Yolları Dövlət Agentliyinin (AAYDA) sabiq rəhbəri Saleh Məmmədovun ailə üzvləri olan vəzifəli şəxslər işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, bu barədə gundeminfo.com-a daxil olan məlumatda qeyd edilir ki, onlardan biri 1 N-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası MMC-nin rəhbəri S.Məmmədovun yeznəsi Dilavər Həmzəyev MMC ötən həftə ləğv edildiyinə görə işini itirib.

S.Məmmədovun AAYDA-da yüksək vəzifə tutan əmisi oğlu, 1 saylı Yol İstismar İdarəsinin müdiri Zaur Həmzəyevxalası oğlu, 10 saylı Xüsusi Təyinatlı Yol İstismar İdarəsinin rəhbəri Araz Bəndəliyevqardaşı oğlu, 9 saylı Yol İstismar İdarəsinin baş mühasibi Toğrul Həmzəlibacısı, AAYDA-nın Əməyin Təşkili şöbəsinin müdiri Təhminə Həmzəyevabacısı, “Azəryolelmitəhqiqatlayihə” İnstitutunun baş mühasibi Mətanət Həmzəyevayeznəsi, 3 saylı Yaşıllaşdırma İdarəsinin rəisi Ustubat Niftəliyev ötən həftə tutduqları vəzifələrdən azad ediliblər.

AAYDA İdarə Heyətinin sədri Vüsal Nəsirlinin müvafiq müraciəti əsasında Nazirlər Kabinetinə müraciət göndərilib.

NK-ya təqdim edilən yeni sənədlərdə AAYDA-nın strukturunun yenidən formalaşdırılması nəzərdə tutulur. Həmin sənədə əsasən ilkin olaraq Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1748 nömrəli Fərmanı ilə təsdiq edilmiş AAYDA struktunun dəyişdirilməsi nəzərdə tutulur.

Belə ki, Dövlət Agentliyinin strukturuna daxil olan, AAYDA tabeliyindəki hüquqi şəxs statusuna malik olmayan təşkilatların (MMC) ləğv edilməsi nəzərdə tutulur. Eyni zamanda AAYDA-nın filal filial və nümayəndəliklərinin də yenidən formalaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, ötən həftə AAYDA-nın “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv olunduğunu elan edib.
Hazırda Agentliyin tərkibində daha 7 belə MMC mövcuddur. Yaxın zamanlarda bu MMC-lərin də ləğv ediləcəyi bildirilir.

Mövzu ilə bağlı əlavə məlumat veriləcək. Rəsmi qurumların mövqeyini dərc etməyə hazırıq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*