ABB-nin bu filiallarında təcili pul köçürmələri xidmətləri məhdudlaşdırılıbbackend

ABB-nin bu filiallarında təcili pul köçürmələri xidmətləri məhdudlaşdırılıb

“Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) Bakı şəhəri və Abşeron yarımadasında (Sumqayıt, Abşeron rayonu) yerləşən filiallarından təcili pul köçürmələri xidmətlərini məhdudlaşıb.

KONKRET.az xəbər verir ki, Bankın Baş Ofisində Müştəri Xidməti Departamenti, Mərkəzi, Əcəmi, Bakıxanov, Gənclik, Yeni Sumqayıt, Səbail, Sabunçu, Sumqayıt, Nizami, Yasamal, Nəsimi, Nərimanov, Suraxanı, Qaradağ, Sənaye, Xətai, Əhmədli, Binəqədi və Şərifzadə filiallarında təcili pul köçürmələri üzrə qəbul və göndərilmə əməliyyatları dayandırılıb.

Artıq ABB mobil tətbiqdən bu filiallarda sözügedən xidmət üçün onlayn randevu (görüş) götürmək olmur.

Bu xidmət Sumqayıt şəhərində yalnız 3 saylı “Sumqayıt” filialı, “Xırdalan” filialı, Bakı şəhəri üzrə isə “Cəfər Cabbarlı” filalı, “Azəriqaz”filalı, “Neftçilər” filalı, “Hava limanı” filalı, “Mərdəkan” filalı, “Sea Breeze” filalı və “Pirallahı” filialnda aktivdir.

Regionlardakı filiallarda isə təcili pul köçürmələri xidməti əvvəl olduğu kimi davam etdirilir./postmedia

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*