“Nusr-Et”in sahibi Nüsrət Gökçənin qardaşı Özgür Nüsrət saxlanılıb.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Bildirilib ki, Özgür Nusret uşaqların fahişəliyə cəlb olunmasına yardım etməkdə ittiham olunur. Onun İstanbulda yerləşən cəzaçəkmə müəssisəsinə göndərildiyi əlavə olunub.
Qeyd edək ki, aprelin 17-dən etibarən keçirilən iki əməliyyat zamanı ümumilikdə 13 şübhəli saxlanılıb.
Onlardan 7 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 6 nəfər isə məhkəmə nəzarəti altında azadlığa buraxılıb.
Saxlanılan şəxslər fahişəlik fəaliyyəti üçün məkanların təmin edilməsi, maliyyə sxemlərinin təşkili, eləcə də əldə olunan gəlirlərin leqallaşdırılması ilə məşğul olublar.
