“Şoyqu Ukraynaya getməyib, Belqorodda onun üçün “şou” təşkil ediblər” – Jurnalistbackend

"Şoyqu Ukraynaya getməyib, Belqorodda onun üçün “şoutəşkil ediblər" - Jurnalist

“Şoyqu Donbasa getməyib, Belqorodda onun üçün “şou” təşkil ediblər”.

KONKRET.az xəbər verir ki, bu barədə jurnalist Roman Çımbalyuk telegram kanalda yazır. O bildirib ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Rusiya Silahlı Qüvvələrinin Luqansk və Donetsk vilayətlərindəki komanda məntəqələrinə baş çəkməyib.

“Donbas əvəzinə Şoyqu Belqoroda gedib, burada onu müşayiət edən Müdafiə Nazirliyinin və Baş Qərargahın generalları Ukrayna ərazisində döyüş əməliyyatlarının aparılması, döyüşçülərin medal və ordenlərlə təltif edilməsi haqqında nümayişkaranə hesabatlar veriblər”, – deyə jurnalist qeyd edib.

Çımbalyuk yazır ki, Rusiya komandanlığı Ukraynanın Şoyqunu öldürəcəyindən qorxur.

“Sergey Şoyqunun Luqansk və Donetsk vilayətlərinə səfərdən imtina etməsinə səbəb Rusiya Silahlı Qüvvələrinin komandanlığının Ukrayna Silahlı Qüvvələrinin raket hücumu nəticəsində məhv edilə biləcəyindən qorxması və  hərbi əməliyyatlar zamanı rus ordusunun real itkilərini nümayiş etdirmək istəməməsidir”, – o yazıb.

Xəbər verdiyimiz kimi, bu gün günortadan sonra Rusiya Müdafiə Nazirliyi Sergey Şoyqunun Donbasa səfəri barədə məlumat yayıb. İddialara görə, nazir cəbhədəki mövcud vəziyyətlə tanış olub, işğal olunmuş ərazilərə “yoxlama aparıb” və “qəhrəmanlıq” göstərən rus hərbçilərini mükafatlandırıb.

Rusiya Federasiyasının yaydığı videoda Şoyqu ilə nümayəndə heyətinin helikopterdən necə enməsi, daha sonra görüş keçirməsi, bundan sonra işğalçıları medallarla təltif etmələri əks olunub.

Xuraman Etibarlı,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*