“Sülh müqaviləsi imzalansa da, ermənilərin bizə qarşı düşmənçiliyi bitməyəcək” – MÜSAHİBƏbackend

"Sülh müqaviləsi imzalansa da, ermənilərin bizə qarşı düşmənçiliyi bitməyəcək" - MÜSAHİBƏ

Milli Məclisin deputatı, İlahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov ölkədə, regionda və dünyada baş verən mühüm ictimai-siyasi proseslərlə bağlı KONKRET.az-ın suallarını cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Ceyhun müəllim, Azərbaycan telekanallarının fəaliyyəti dövlətin, xalqın tələblərinə cavab verirmi? Verilişlərin keyfiyyətini necə qiymətləndirirsiniz?

– Elə telekanallar var ki, nisbətən inkişaf edir, onlar Prezidentin gördüyü işləri təbliğ edirlər. Amma elə telekanallar da var ki, bu prosesdə gecikirlər. Hesab edirəm ki, biz informasiyaya, televiziyaya, radioya baxışımızı dəyişməliyik.

Əvvəlki dövrlərlə müqayisədə telekanalların fəaliyyətində dəyişikliklər etmək üçün müəyyən cəhdləri müşahidə edirik. Yenidənqurma işləri görülüb, islahatlar aparılıb. Amma görüləsi işlərimiz həddindən artıq çoxdur. Bu gün biz arxayın olmamalıyıq ki, müharibə bitdi və işlərimiz də qurtardı. Telekanalların qarşısında böyük ideoloji işlər dayanır. Bu gün artıq ənənəvi media sosial şəbəkələr qarşısında öz əhəmiyyətini itirməkdədir.

Yutuba, Feysbuka və ayrı-ayrı sosial şəbəkələrə baxımlılıq daha çoxdur. Bizim telekanallarımız öz informasiya siyasətlərini dəyişməsələr və bu istiqamətdə daha fərqli düşünməsələr, yaxın gələcəkdə biz sosial şəbəkələr qarşısında uduzduğumuzu görəcəyik. Telekanallarda xarici dillərdə daha çox məlumatların yayılmasına da çalışmalıyıq. Maaarifləndirmə verilişləri olmalıdır. Mənasız verilişlərə, filmlərə son qoymalıyıq. Bütün bunlar tənzimlənməlidir. Televizyanın ən vacib işlərindən biri maarifləndirmə prosesinə töhfə verməkdir. Biz buna nail olmalıyıq.

– Rusiya Ukraynaya təcavüz edərsə, bu, Azərbaycan Rusiya münasibətlərinə necə təsir edəcək? Ümumiyyətlə, Azərbaycanla Rusiya arasında müharibə olarsa, Azərbaycan necə davranmalıdır?

– Ümumiyyətlə, Azərbaycan bu məsələ ilə bağlı mövqeyini ortaya qoyub. Biz hansısa dövlətlə əlaqə quran zaman həmin dövlətin digər dövlətlə olan münasibətlərinin səviyyəsini ölçmürük. Azərbaycanın həm Rusiya, həm də Ukrayna ilə ayrı-ayrılıqda münasibətləri var. Biz hər zaman bu kimi məsələlərdə beynəlxalq hüququn yanında olacağıq. Beynəxlalq hüquq nəyi tələb edirsə, o hüquqdan da istifadə edəcəyik. Azərbyacanın möveyi açıq və netdir: Biz müharibə istəmirik və beynəlxalq hüququn qorunmasının tərəfdarıyıq. Azərbaycan Ukraynanın suverenliyini dəstəkləyir. Son vaxtlar Azərbaycan-Ukrayna münasibətləri daha da inkişaf edir.  Bu yaxınlarda cənab Prezident də Ukraynaya səfər etmişdi.  Dövlətlərin suverenliyinə hörmət olunmalıdır. Bu məsələ həm Azərbaycan, həm də Türkiyə çox ciddi işlər həyata keçirir.

– Sülhməramlılar ermənilərə açıq şəkildə dəstək göstərirlər. Biz bunun zaman-zaman şahidi oluruq. Ümumiyyətlə, bu dəstəyin arxasında nə dayanır və Rusiyanın sülhməramlıları niyə öz işini görmək istəmir?

– Bəli, biz zaman-zaman sülhməramlıların ermənilərə dəstəyini müşahidə edirik. Əslində sülhməramlıların missiyası xalqların arasında etimadı bərpa etmək və birgəyaşayışı təmin etməkdir. Sülhün inkişafına töhfə vermək və tərəfsiz fəaliyyət sülhməramlıların əsas fəaliyyət prinsipi olmalıdır. Ancaq sülhməramlıların xoşagəlməz addımları ilə rastlaşırıq. Sülhməramlıların öz səlahiyyətlərini aşması ilə bağlı da Azərbaycan davamlı olaraq Rusiya qarşısında məsələ qaldırır. Bir neçə dəfə cənab Prezidentin özü də bu məsələyə toxunub. Söhbət sülhməramlıların bu bölgədə 5 il qalmasından gedir, ondan sonra onların fəaliyyətinə baxılacaq. Azərbaycanın razılığı olmadan burada hansısa uzunmüddətli fəaliyyətdən söhbət belə gedə bilməz. Reallıq ondan ibarətdir ki, Rusiya sülhməramlıları Qarabağda yaşayan ermənilərin rəğbətini qazanmaq üçün bir sıra mühüm addımlar atırlar. Onlar sırf Rusiyanın dövlət maraqlarından çıxış edirlər. Düşünürəm ki, bu hadisələrlə tez tez- rastlaşacağıq. Sülhməramlılar öz missiyası ilə məşğul olmalıdırlar, onlara aid olmayan işləri görməməlidirlər.

– Tutaq ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandı, gələcəkdə erməni qisasçı qüvvələri sülhə sadiqlik nümayiş etdirəcəklərmi? Biz sülh müqaviləsinə hansı öhdəlikləri sala bilərik və özümüz hansı işləri görməliyik ki, ermənilərin gələcəkdə gözlənilən mənfur niyyətlərinin qarşısını indidən ala bilək…

– Bir neçə gün əvvəl cənab Prezident bu məsələyə toxundu. Məsələ bundadır ki, ermənilər hələ də bizə, bütövlükdə Türk dünyasına qarşı dümənçiliklərini davam etdirirlər. Onlar heç zaman işğalçı niyyətlərindən əl çəkməyəcəklər. Bizə qarşı soyqırımlar törətmək üçün yenidən tarixi məqam gözləyəcəklər. Məsələn, 1905-1906, 1918, 1948-1952-ci illərdə, eləcə də 1980-ci illərin sonundan başlayaraq 1993-ci ilə qədər millətimizin başına hansı oyunlar gətirildi!? Heç kim düşünməsin ki, sülh müqaviləsi imzalansa, onların bizə qarşı düşmənçiliyi, ədavəti də bitəcək. Bəs biz nə etməliyik? Əlbəttə, Ermənistanla sülh mqaviləsini imzalamalıyıq. Sülh müqaviləsində bütün məqamlar nəzərə alınmalıdır və alınacaq. Bununla bağlı cənab Prezident də tapşırıq verib və mühüm işlər gedir. Bizim edə biləcəyimiz bütün məsələlər müqavilədə öz əksini tapacaq. Biz sülh müqaviləsini imzalayacağıq, amma problemlər də həll olunmayacaq. Biz ilk olaraq, ermənilərin bizə qarşı elədiklərini unutmamalıyıq. Erməni vəhşiliklərinin ifşası istiqamətində çalışmalıyıq. Ayıq-sayıq olmalıyıq.

Müsahibəni apardı: Ənvər Şüküroğlu

KONKRET.az

  • Garachanta
    Fevral 8, 2022 - 11:11

    Ağbaba mahalında və Şörəyel elində (Qərbi Azərbaycan, Kars vilayəti) 8 yaşında olarkən erməni vəhşilərinin qırğınlarını görmüş Rəhmətlik Nənəm (Allah Ona Qəni-Qəni Rəhmət Eləsin) deyərdi ki, bu ermənilər insan yox it qacığından törəmiş insan cildinə girmiş canlılardırlar….onların son fərdiməhv edilməyincə TÜRKƏ rhatlıq olmayacaq.. Bax belə, mənim, MİLLƏTİM…özüm bu gavurların çox sifətlərini gördüm…təbiətdə ikinci belə bir təhlükəli canlı görmədim

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*