Rusiya sülhməramlılarının artıq Azərbaycan ərazisində qalması Bakı ilə müzakirə mövzusu olacaq.
KONKRET.az xəbər verir ki, bu barədə jurnalistlərə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Hələlik çətin ki, kimsə bu suala cavab versin, çünki indi söhbət Azərbaycan ərazisində yerləşən missiyadan gedir. Bu, Azərbaycan tərəfi ilə müzakirəmizin mövzusu olacaq”, – Peskov deyib.
Ariz Həsənoğlu,
KONKRET.az
