“Sumqayıt” səfərdə qələbə qazandıbackend

"Sumqayıt" səfərdə qələbə qazandı

Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.

KONKRET.az xəbər verir ki, sonuncu matç Şəkidə gerçəkləşib.

Şəhərin eyniadlı komandası “Sumqayıt”ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib – 98:83.

Bu nəticədən sonra 20-ci xalını qazanan “gənclik şəhəri” təmsilçisi 7-ci sıradakı “Cəlilabad”a çatıb. “Şəki” 15 xalla sonuncudur.

Qeyd edək ki, XV turda “Neftçi” “Gəncə”ni (97:62), “NTD İndiqo” “Sərhədçi”ni (84:74), “Xəzri” “Xırdalan”ı (108:82), “Sabah” “Cəlilabad”ı (90:76) məğlub edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*