Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
Belə ki, “Qaz 31” markalı avtomobil yolu keçmək istəyən piyada, 1951-ci il təvəllüdlü Minayə Bəhməndər qızı Hümbətovanı vurub.
Piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.
