Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdübackend

Sumqayıtda avtomobil piyadanı vuraraq öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az-ın məlumatına görə, hadisə Bakı-Quba yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, naməlum avtomobil yolu keçən 1990-cı il təvəllüdlü Abdulov Seymur Balaş oğlunu vuraraq hadisə yerindən yayınıb. Piyada hadisə yerində ölüb. Meyit aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*