Sumqayıtda yaşayış binasında yanğın – Sakinlər təxliyə edildi – YENİLƏNİBbackend

Sumqayıtda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi - YENİLƏNİB

Sumqayıtda yaşayış binasında yanğın olub, 5 nəfər təxliyə edilib.

KONKRET.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Belə ki, beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd elektrik sayğacı, 10 ədəd elektrik açarı, 1 ədəd su sayğacı və 5 p.m kabel yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

*** 

Sumqayıtda yaşayış binasında yanğın olub.

KONKRET.az xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonda qeydə alınıb.

Əraziyə FHN-in əməkdaşları cəlb olunub və yanğın söndürülüb. Binadan 5 nəfər təxliyə edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*