Sun Tzunun “Döyüş sənəti”: Külək qədər sürətli, meşə kimi səssiz, atəş kimi amansız və dağ kimi sabitbackend

Sun Tzunun "Döyüş sənəti": Külək qədər sürətli, meşə kimi səssiz, atəş kimi amansız və dağ kimi sabit

KONKRET.az dünya tarixində iz buraxmış şəxsiyyətlər haqqında yazıları təqdim edir. İlk yazı böyük strateq olan və “Döyüş sənəti” əsərinin müəllifi Sun Tzu haqqındadır.

Sun Tzu böyük döyüşlərdə qalib gələn parlaq karyera əsgəri deyildi. Ancaq əlimizdə olan “Döyüş sənəti” kitabı Tzu şəxsiyyəti haqqında demək olar ki, bütün bilgiləri verir.

Dediyimiz kimi, Tzu böyük bir döyüşçü deyildi, amma imza atdığı bir kitabla adını tarixə yazdıran unudulmaz şəxsiyyətə çevrildi. Onun əsəri böyük savaşlarda fatehləri ilhamlandırırdı. Bu əsər müharibə elmlərinin ilk məşhur kitabı olan “Bing-Fa” idi.
Tzu eyni zamanda beynəlxalq münasibətlər nəzəriyyəsində “realizm” yanaşmasının öncüllərindən idi. Əsl adı Sun Wu olan Sun Tzu (Usta Sun) ona göstərilən hörmətin nəticəsi olaraq, bu gün də böyük ehtiramla xatırlanır.


Onlarla fateh bu kitabın işığı ilə qələbələr qazandı

Sun Tzunun həyatı üçün mövcud olan yeganə mənbə eramızın II əsrində tarixçi Sima Qian tərəfindən yazılmış tərcümeyi-hal idi. Burada Qian Sun Tzunu eramızdan əvvəl VI əsrdə Çini təşkil edən krallıqlardan biri olan Wuda yaşayan bir general olaraq təsvir edir. Tzu məşhur Çin mütəfəkkiri Konfutsinin müasiri idi. O, eyni zamanda sosial təbəqədən olan Şi qrupuna aid idi. Şil qrupu torpaqlarını itirən zadəganların nəslindən olan bürokratlar idi. Elmi araşdırmalara maraq göstərən və mütaliəni sevən bir çox müasirindən fərqli olaraq Tzu nəzəriyyə yaratmağa meyl göstəriridi. Qeydlərə görə, hərbi qulluğu başa çatdıqdan sonra e.ə 512-ci ildə Wu King Helu ona general vəzifəsini verdi. Tzu həm hərbi məsləhətçi kimi xidmət etməklə bərabər dünyanın tarixində iz buraxan böyük əsər yazırdı. Yarı barbar bir qəbilə hesab edilən Wu Krallığı məhz onun təklif etdiyi savaş taktikası ilə ən güclü dövlətlərdən biri olan Çunu fəth etdi və dövrünün ən güclü dövlətlərindən biri oldu. Həmişə dinc həyat istəyən Sun Tzu Kral Helu Çunu fəth etdikdən sonra birdən yox oldu. Ona görə də sonradan onun haqqında məlumatlar həmişə dağınıq olacaqdı.


Bing-Fa (Döyüş Sənəti) əsəri ilə Sun Tzu qalib komandir olmasa da, tarixdə ‘komandirlər komandiri’ olaraq tanınmağı bacardı. E.ə. 6-cı əsrdə onun hərbi taktika ilə bağlı bu əsəri idman sahəsindən iqtisadiyyata qədər, xüsusən 20-ci əsrdə onlarla sahədə istinad mənbəyi kimi istifadə olunmağa başladı. “Döyüş sənəti”ndə Tzunun 13 ad altında savaş sənətinə dair 384 məqaləsi var: planlaşdırma, müharibə, hücum, taktiki mövqe, gücdən istifadə, zəif və güclü nöqtələr, manevr, taktiki dəyişikliklər, ordunun irəliləməsi, quru, cəbhədə doqquz mövqe, odlu hücum və kəşfiyyat
290-cı illərdə Çinin Jao bölgəsində yaşayan tarixçi Juang Zi qeyd edir ki, Tzu nəzəriyyələri döyüş sənəti texnikasını həm silahlı, həm də silahsız döyüş texnikası ilə birləşdirir.

Tzu “Bing Fa” ilə “Bing” döyüş sənətləri kimi tanıdığımız texnikaların fəlsəfi əsasını qoyub. Fransız missioner Jean Joseph Marie Amiot 1722-ci ildə Sun Tzu kitabını fransız dilinə tərcümə edib və onu “Art Militaire des Chinois” adlandırıb, sonradan İngilis dilində “Döyüş sənəti” olaraq xatırlanıb.


“Döyüş sənəti” tarixin ən vacib strategiyasından biri olub və zaman keçdikcə əsərin nüfuzu onun haqqında az məlumatı olan müəllifə şöhrət gətirib. Mao Çzedundan İosif Stalinə, Napoleondan General Duglas Mak Artura qədər onlarla qüdrətli şəxsiyyətlərə ilham verən Çin ədəbiyyatının ən vacib əsərlərindən olan bu kitabın nə əhəmiyyəti var idi?

Əsrlərin ən böyük kitabı: “Döyüş sənəti”

“Döyüş sənəti” 13 fəsildən ibarətdir, hər biri müharibənin fərqli bir tərəfini təsvir edir və dövrünün hərbi strategiyaları və taktikaları üçün əsas istinad kimi qəbul edilir. Strategiya ilə əlaqəli ən məşhur və ən qədim əsər yaradan Tzu həm Şərqdə, həm də Qərbdə hərbi planlaşdırma, ticarət həyatı və idman da daxil olmaqla onlarla sahədə qərar qəbul edənlərə ilham verməyə davam edir.
Bu kitabın bambuk çubuqlarında yazılmış orijinal versiyası 1792-ci ilin aprelində arxeoloqlar tərəfindən kəşf edilmişdi.


Döyüş sənətindən tez-tez gətirilən sitatlar indi müasir Çində idiom və atalar sözləri kimi istifadə olunur. Məsələn, kitabın üçüncü fəslindən:
“Düşməni də, özünüzü də yaxşı tanıyırsınızsa, yüzlərlə döyüşdə qələbələr qazanacaqsınız. Əgər özünüzü tanıyırsınızsa və düşməni bilmirsinizsə, onda tərəf olaraq ya məğlub olursunuz ya da qalib. Ancaq nə özünüzü, nə də düşməninizi bilmirsinizsə, onda həmişə itirəcəksiniz”.
Döyüş sənəti bu gün Şərqi Asiya ölkələrinin bir çoxunda hərbi məktəb imtahanlarında namizədlərə verilən sualların əsasını təşkil edir. Hətta Yaponiyada Sengoku dövründə, Takeda Shingenin (1521–1573) “Döyüş sənəti”ni başa düşdüyü üçün silahsız döyüşlərdə qalib gəldiyi deyilir. Tzu fəlsəfəsinə görə, döyüşçü “külək qədər sürətli, meşə kimi səssiz, atəş kimi amansız və dağ kimi sabit olmalıdır”.

Tzu ideyaları əsrlər boyu Çin və Yapon döyüşçülərini ruhlandırdı. Tzunun əsas diqqəti strategiyaya, zəkaya, xarakterə və liderlik sənətinə yönəlmişdi. Kəşfiyyat toplamaq bacarığı və bir komandirin sahib olması lazım olan yaradıcılıq kimi dəyərlər barədə şərhləri, ölümündən yüz illər keçməsinə baxmayaraq, həyatın bir çox sahəsində, xüsusən də hərbi sahədə liderlərin yoluna indi də işıq saçır.


QEYDLƏR
• Sun Tzu bu gün dünyada ən çox müraciət edilən Çinlidir.
• Braziliya Milli Futbol Komandasının keçmiş məşqçisi və dünya futbolunun ən məşhur adlarından biri olan Luiz Felipe Skolari matç taktikasını hazırlayarkən Sun Tzunun təlimlərindən istifadə edib. Kitabın bir nüsxəsini 2002-ci ildə futbol üzrə Dünya Çempionatında Braziliya Milli Komandasının oyunçularına təhvil verən Skolari 2006-cı il Dünya Çempionatında bir məşqçi olaraq qazandığı qələbəni kitabdan ilham almış taktikayla əlaqələndirmişdi.
• Vyetnam müharibəsi zamanı amerikalılara qarşı döyüşən Vietconq zabitləri məhz Sun Tzunun “Döyüş Sənəti”ni öyrənməklə uğur qazanmışdılar.
• Amerikalı diplomat Henri Kissincer bir çox əsərində Sun Tzunu xatırladır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*