Yevlaxda maşın aşıb.
KONKRET.az xəbər verir ki, hadisə Qoyunbinəsi-Malbinəsi kəndləri istiqamətində baş verib. Ağdam rayon sakini, 1983-cü il təvəllüdlü Hüseynov Rafiq Məhəmməd oğlu idarə etdiyi “Tofas” markalı avtomobili idarəetməni itirərək aşırıb.
Nəticədə sərnişin Ağdam rayon sakini, 1957-ci il təvəllüdlü Abbasov Eyvaz Buruc oğlu ölüb.
Faktla bağlı araşdırma aparılır.
