Meksika prezidentə məxsus Boeing-i Tacikistana 92 milyon dollara satıb.
KONKRET.az xəbər verir ki, Tacikistan hökuməti Meksikadan prezidentə məxsus Boeing 787-8 Dreamliner tipli təyyarə alıb.
Meksika prezidenti Andres Manuel Lopez Obrador tvitter hesabında təyyarənin dəyərinin 1,66 milyard peso (92 milyon dollar) olduğunu açıqlayıb.
Bildirib ki, artıq iki ölkə arasında alqı-satqı müqaviləsi bağlanıb. Və Tacikistan hökuməti Meksika tərəfinə rəsmi hesablamaya uyğun olaraq 1 658 684 400 peso ödəyib.
O, həmçinin bu vəsaitin iki xəstəxananın tikintisinə sərf olunacağını deyib.
Qeyd edək ki, Meksika hakimiyyəti 2019-cu ildən bəri Boeing 787-8 Dreamliner-i satır. Məlumata görə, bu günə qədər təyyarənin satışından 220 milyon dollardan 400 milyon dollara qədər vəsait əldə olunub. Lakin 2018-ci ildən bəri prezident olan Lopez Obrador özü bu təyyarədən istifadə etməyib.
KONKRET.az
