Tailandın cənubunda sərnişin avtobusunun ağaca çırpılması nəticəsində azı 14 nəfər ölüb, 35 nəfər yaralanıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Menecer Daily” məlumat yayıb.
Nəşrin məlumatına görə, Banqkokdan təxminən 300 km cənubda, Praçuap Khiri Xan əyalətində avtobus sürücüsü idarəetməni itirərək ağaca çırpılıb.
Qeyd edək ki, qəza çərşənbə axşamı yerli vaxtla saat 01:00 radələrində baş verib.
Ariz Həsənoğlu,
KONKRET.az
