backend

TƏCİLİ: Blinken bir gecədə Kemeron və Berboka zəng etdi

ABŞ-ın Dövlət katibi Antoni Blinken Böyük Britaniya və Almaniyanın xarici işlər nazirləri ilə Yaxın Şərqdə gərginliyin artmasının qarşısının alınmasının vacibliyini müzakirə edib.

KONKRET.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Sənəddə qeyd edilir ki, telefon danışığı zamanı Blinken Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron və Almaniyanın xarici işlər naziri Annalena Berbokla İranın İsrail ərazisinə endirdiyi zərbəni müzakirə edib. “Onlar bu hücumları qətiyyətlə pisləmək və regionda gərginliyin daha da artmasının qarşısının alınmasının vacibliyi barədə razılığa gəliblər”, – deyə məlumatda bildirilir.

Blinken, həmçinin ABŞ-ın İsraili müdafiə etmək öhdəliyini bir daha təsdiqləyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*