Böyük Britaniyanın əhalinin müdafiəsi üzrə naziri Cess Fillips ölkədə keçirilən yerli seçkilərdə Leyboristlər Partiyasının uğursuzluğundan sonra yaranan siyasi gərginlik fonunda vəzifəsindən istefa verib.
KONKRET.az xəbər verir ki, “Sky News” telekanalının yaydığı məlumata görə, Fillips Baş nazir Kir Starmerə ünvanladığı məktubda onu “əsasən doğru şeylərin qayğısına qalan yaxşı insan” kimi xarakterizə etsə də, bunun mövcud problemləri həll etmək üçün kifayət etmədiyini vurğulayıb. O, hökumətin fəaliyyətində xalqın gözlədiyi real dəyişiklikləri görmədiyini və bu rəhbərlik altında nazir kimi fəaliyyətini davam etdirə bilməyəcəyini qeyd edib.
Qeyd edək ki, Cess Fillips bu gün istefa verən ikinci hökumət rəsmisidir. Bundan əvvəl mənzil tikintisi və icmalar nazirinin müavini Miatta Fanbulle də eyni addımı ataraq Baş naziri “nizamlı keçid” üçün istefa müddətini açıqlamağa çağırmışdı. Hazırda 80-dən çox leyborist deputatın Kir Starmerin istefasını tələb etdiyi bildirilir.\\nocomment.az

