Telefonu götürmək üçün tualetə düşənlər İYDƏN BOĞULDUbackend

Telefonu götürmək üçün tualetə düşənlər İYDƏN BOĞULDU

Özbəkistanın Sırdərya vilayətində tualetə düşən telefonu götürməyə çalışan üç kişi ölüb.

KONKRET.az Özbəkistan mediasına istinadən xəbər verir ki, hadisə aprelin 27-də Sardoba rayonunun Fayzlıobod məhəlləsində baş verib.

Yerli sakinlərin sözlərinə görə, ev sahibinin telefonu həyətdə yerləşən tualet quyusuna düşüb. Bundan sonra o, atasını və kiçik qardaşını köməyə çağırıb. Hər üçü telefonu götürmək üçün quyuya düşüb və huşunu itirib. Onların üçü də yerindəcə keçinib.

Məlumata görə, onların ölüm səbəbi nəcis qazlarının qarışığı olan havada oksigen çatışmazlığı olub.

Faktla bağlı prokurorluq araşdırma aparır.

Qeyd olunub ki, bu, ölkədə ilk belə hal deyil. Analoji hadisə 2017-ci ilin iyul ayında Namanqan vilayətinin Yenikurqan rayonunda da baş verib.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*