Terror təbliğatı aparan filippinliyə 10 il həbs cəzası kəsilibbackend

Terror təbliğatı aparan filippinliyə 10 il həbs cəzası kəsilib

Sosial şəbəkələrdə “İslam dövləti” qruplaşmasının təbliğatını apardığına görə Əbu-Dabi apelyasiya məhkəməsi 30 yaşlı Filippin vətəndaşının 10 il müddətinə azadlıqdan məhrum edilməsi və 2 milyon dirhəm (545 min dollar) cərimə ödəməsi barədə hökm çıxarıb.

Məhkum “İslam dövləti” qruplaşmasına qoşulmaqda və sosial şəbəkələrdə təbliğat aparmaqda təqsirli bilinir. Onun sosial şəbəkələrdə təbliğat xarakterli məlumatlar və videolar yerləşdirdiyi və bu terror qruplaşması üçün vəsaitin toplanmasına çağırışlar etdiyi sübuta yetirilib, yaşadığı evdən kompüterlər, mobil telefonlar və təbliğat xarakterli materiallar müsadirə olunub.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*