Tərtərdə narkotik satışını təşkil edən şəxs saxlanıldıbackend

Tərtərdə narkotik satışını təşkil edən şəxs saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakini Səxavət Axundov saxlanılıb.

KONKRET.az xəbər verir ki, S.Axundovun rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilib.

Onun üzərindən və yaşadığı ünvandan satış məqsədilə əldə etdiyi, çəkisi 1 kiloqrama yaxın olan marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, S.Axundov barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*