Tiqran Avinyan: “Onlara xaos lazımdır”backend

Tiqran Avinyan: “Onlara xaos lazımdır”

“Bəli, o (Milli Tərəqqi partiyasından İrəvan merliyinə namizəd, şəhərin keçmiş meri Hayk Marutyanı nəzərdə tutur – red.) müharibədən qaçıb. Bəzi xuliqanlar hökumət binasına, parlament binasına girəndə mən bütün bunların qarşısını almaqla məşğul idim ki, antidemokratik qüvvələr, xuliqanlar 2018-ci il inqilabından sonra bu ölkəni ələ keçirməsinlər, demokratik, azad seçkilər keçirmək haqqımızı əlimizdən almasınlar”.

KONKRET.az xəbər verir ki, bunu hakim “Mülki Müqavilə” partiyasından merliyə namizəd Tiqran Avinyan seçki kampaniyası zamanı jurnalistlərlə söhbətində deyib.

“Bundan qorxan adam necə qaçmağı bacardığını bilir. Vaxtı gələndə bu haqda danışarıq.

Mən heç kimi rəqib hesab etmirəm. Əminəm ki, sentyabrın 17-də irəvanlılar şəhərin gələcəyinə səs verəcəklər. İnsanlar şəhərlərinin dəyişdiyini görürlər. Amma bəzi qüvvələr hesab edirlər ki, bu, onlara lazım deyil, onlara xaos lazımdır. Bu xaosun dəyirmanını qidalandıran insanlar məni özlərinə siyasi rəqib hesab edə bilərlər. Hamı pisdirsə və tək yaxşı sənsənsə, bu o deməkdir ki, sənin şəxsiyyətində çox dərin bir problem var”.

Avinyan hesab edir ki, bəzi insanlar, bəzi partiyalar şəhər seçkilərinin keçirilməsində hakimiyyəti günahlandırıb.

“Mənim dünənki çıxışım ondan ibarət idi ki, əgər onlar siyasi çıxışlar istəsələr, biz də bunu verə bilərik. Düşünmürəm ki, indi siyasi çıxışlar İrəvanlılar üçün o qədər də maraqlıdır. Biz deyəndə ki, İrəvanda 24 uşaq bağçası, onlarla futbol meydançası, idman məktəbi tikirik, bu, siyasi bəyanatdır. Bu real siyasi məntiqdən kənara çıxan bütün qüvvələr öz proqramlarından başqa hər şeydən danışırlar. Məndə belə təəssürat yaranır ki, onların İrəvan üçün inkişaf proqramı yoxdur”, – deyə o fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*