Tokayev: “Qazaxıstan Rusiyanın ərazi iddialarından qorxmur”backend

Tokayev: "Qazaxıstan Rusiyanın ərazi iddialarından qorxmur"

“Qazaxıstanın Rusiyadan ərazi iddiaları ilə bağlı heç bir narahatlığı yoxdur”.

KONKRET.az xəbər verir ki, bu sözləri cümə axşamı Berlində keçirilən brifinqdə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev səsləndirib.

O bildirib ki, Qazaxıstan və Rusiya arasındakı sərhəd bir vaxtlar delimitasiya və demarkasiya edilib.

“Həmçinin iki ölkənin parlamentləri tərəfindən təsdiq və ratifikasiya olunub. Ona görə də Rusiya tərəfdən ərazi iddiaları ilə bağlı heç bir narahatlığımız yoxdur. Biz ikitərəfli əsasda, eləcə də müvafiq inteqrasiya birlikləri çərçivəsində müntəzəm dostluq əlaqələri saxlayırıq”, – deyə Tokayev Qazaxıstanın Rusiya ilə münasibətlərinə dair sualı cavablandırıb.

O xatırladıb ki, Qazaxıstan və Rusiya dünyanın ən uzun quru sərhədinə malikdir. 2013-cü ildə iki ölkə arasında müttəfiqlik münasibətləri haqqında saziş imzalanıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*