Toy günü gəlin öldü, əvəzinə bacısı ərə getdibackend

Toy günü gəlin öldü, əvəzinə bacısı ərə getdi

Hindistanda baş tutan toyda tragikomik hadisə yaşanıb.

Toyun gedişatında gəlin qəfil dünyasını dəyişib və toy sahibləri gəlini onun doğma bacısı ilə əvəzləməyə qərar veriblər.

KONKRET.az xəbər verir ki, ölüm hadisəsi Hindistanda toy adətlərindən biri olan “feras” ritualı zamanı baş verib.

Adətə əsasən gəlin və bəy atəşin ətrafında gəzib bir-birlərinə sadiqlik andı içirlər. Bu zaman gəlin huşunu itirərək yerə yıxılıb.

Hadisə yerinə gələn həkimlər onun həyatını xilas edə bilməyiblər. Toy bir anda yas mərasiminə çevrilib. Lakin hər iki tərəf toyu yarımçıq saxlamaq qərarından vaz keçib.

Həyatını itirən gəlinin valideynləri digər qızlarına gəlinlik donu geyindirib və ondan bacısının yerinə ərə getməyi xahiş ediblər. Kiçik bacı bu təklifi qəbul edib.

Nəticədə oğlan və qız bacısının cəsədi başqa bir otaqda saxlanılarkən toy mərasimini başa vuraraq yeni ailənin təməlini qoyublar. Bakupost

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*