“Toyota” Sankt-Peterburqdakı zavodunu bağlayırbackend

"Toyota" Sankt-Peterburqdakı zavodunu bağlayır

“Toyota” şirkəti Sankt-Peterburq şəhərindəki zavodunu bağlayır.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya Sənaye və Ticarət Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Toyota Motor Company” Sankt-Peterburq şəhərində yığılma zavodunu bağlayır. Bununla belə, şirkət işçi heyəti qarşısında bütün sosial öhdəliklərin yerinə yetirilməsini, eləcə də əhəmiyyətli əlavə kompensasiya ödənişlərini təmin edəcək. Bundan əlavə, şirkət “Toyota” və “Lexus” avtomobillərinə satış sonrası xidmət göstərilməsini və diler şəbəkəsinə dəstək verilməsini davam etdirəcək”, – nazirlikdən bildirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*