“Toyuq birinci yaranıb, yoxsa yumurta?” – Sirr açıldıbackend

"Toyuq birinci yaranıb, yoxsa yumurta?" - Sirr açıldı

Cenevrə Universitetinin isveçrəli alimləri Yer kürəsində təkhüceyrəli həyatdan çoxhüceyrəli orqanizmlərə keçidin ilk dəfə nə vaxt baş verdiyini aşkar ediblər.

KONKRET.az xəbər verir ki, araşdırma “Nature” elmi jurnalında dərc olunub.

Bu, bizə təkamül nöqteyi-nəzərindən “Toyuq birinci yaranıb, yoxsa yumurta?” paradoksuna cavab verməyə imkan verir.

Komanda 2017-ci ildə Havay sahillərində dəniz çöküntülərində kəşf edilmiş birhüceyrəli orqanizm olan “Chromosphaera perkinsii”ni tədqiq edib. Bu canlıların yer üzündə mövcudluğunun ilk əlamətləri bir milyard ildən çox əvvələ, heyvanların meydana çıxmasından çox əvvələ təsadüf edir.

Tədqiqatçılar kəşf ediblər ki, “Chromosphaera perkinsii” çoxhüceyrəli strukturlar əmələ gətirə bilir.

Daha da təəccüblü olanı isə bu hüceyrələrin bölünmə tərzinin və qəbul etdikləri üç ölçülü quruluşun heyvanların embrion inkişafının ilk mərhələləri ilə çox oxşar olmasıdır.

Müşahidələr onu deməyə əsas verir ki, rüşeym inkişafı üçün məsul olan genetik proqramlar heyvan həyatının yaranmasından əvvəl artıq mövcud olub və ya C. perkinsii oxşar prosesləri inkişaf etdirmək üçün müstəqil təkamül keçirib.

“Buna görə də, təbiət “toyuqları yaratmazdan” çox əvvəl “yumurta yaratmaq” üçün genetik vasitələrə sahibdir”, – deyə alimlər qeyd edib./BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*