Rusiya qoşunlarının Ukraynanın Zaporojye şəhərinə endirdiyi zərbələr nəticəsində iki nəfər həyatını itirib.
KONKRET.az xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov öz teleqram kanalında məlumat yayıb. Onun sözlərinə görə, hücum zamanı vilayət mərkəzinə üç aviabomba atılıb və daha bir nəfərin dağıntılar altında qaldığı ehtimal olunur.
Zərbələr nəticəsində yaşayış və qeyri-yaşayış binaları ciddi zədələnərək dağılıb, şəhər ərazisində yanğınlar baş verib. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir.
Natiq Səlim,
KONKRET.az
