Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçibbackend

Qaqik Sarukyanın şirkəti dövlətin idarəçiliyinə keçib

Ermənistanda Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Sarukyana məxsus “Araratsement” şirkəti dövlət idarəçiliyinə keçib.

KONKRET.az oxu.az-a istinadən xəbər verir ki, “Qanunsuz mənşəli əmlakın müsadirə olunması haqqında” icraat çərçivəsində şirkət Antikorrupsiya Məhkəməsinin qərarı ilə Ermənistan dövlətinin idarəçiliyinə verilib.

Bundan əlavə, iddia ərizəsi çərçivəsində hakimiyyət orqanları Qaqik Sarukyandan 75 daşınmaz əmlak obyekti, 10 digər əmlak vahidi və 42 nəqliyyat vasitəsinin bazar dəyərinin müsadirə olunmasını tələb edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*